hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Rəsulzadənin yeni barelyefi yerinə asıldı: Bu dəfə də titulları... - “Məsləhətləşdik ki...”- BƏLƏDİYYƏ SƏDRİ - FOTO- ÖZƏL

Rəsulzadənin yeni barelyefi yerinə asıldı: Bu dəfə də titulları... - “Məsləhətləşdik ki...”- BƏLƏDİYYƏ SƏDRİ - FOTO- ÖZƏL

Məhəmməd Əmin Rəsulzadənin səhvlərlə dolu barelyefi evinin qarşısından çıxarılıb və yenisi asılıb.

Bu barədə məlumatı Cebhe.info-ya Növxanı bələdiyyəsinin sədri Şahin Tağıyev verib. Onun sözlərinə görə, bu dəfə lövhənin üzərindəki ifadələrin yazılışı ilə bağlı fərqli qərar verilib:

“Məsləhətləşdik və belə qərara gəldik ki, dahi şəxsiyyətimizin titullarını lövhənin üzərinə yazmayaq. Onsuz da Məhəmməd Əmin Rəsulzadəni hər kəs tanıyır. Sadəcə adı, soyadı və doğum, ölüm tarixləri ilə yeni lövhə hazırladıq. Dünəndən yerinə asılıb”.

Xatırladaq ki, yanvarın 15-də Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısından M.Ə.Rəsulzadənin barelyefi oğurlanmışdı. Lövhə oğurlanandan sonra Novxanı bələdiyyəsi Rəsulzadənin yeni barelyefini sifariş vermişvə yerinə vurulmuşdu.

Lakin barelyefdə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin adı yanlış olaraq "Azərbaycan Dövlət Cümhuriyyəti” kimi yazılmışdı. Bundan əlavə lövhədə digər səhvlər də yer almışdı. Səhvlərin düzəlişi üçün lövhə geri göndərilmişdi. Ötən gün yeni lövhə nəhayət ki, hazır olub.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 9432