hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Sentyabrın 18-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Cebhe.info xəbər verir ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədi ilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bildirilib ki, imtahanın II mərhələsində iştirak etmək üçün 601 namizəd qeydiyyatdan keçib. Onlardan 415 nəfəri qız, 186 nəfəri oğlandır. 562 namizəd Azərbaycan bölməsinin, 39 namizəd rus bölməsinin, 280 namizəd cari ilin, 321 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 583, Naxçıvan şəhərində isə 18 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 7 imtahan rəhbəri, 67 zal nəzarətçisi ayrılıb.

Naibə
Cebhe.info


Oxunma sayı: 716