hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Robert Koçaryanın oğlu da həbs edilir

Robert Koçaryanın oğlu da həbs edilir

Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanın ikinci prezidentinin Robert Koçaryanın oğluna qarşı cinayət işi açıb.

Cebhe.info-nun məlumatına görə, sabiq prezidentin böyük oğlu Sedrik Koçaryan çirkli pulların yuyulması və vergi ödəməkdən boyun qaçırmaqda ittiham olunur. Onun haqqında başqa yerə getməmək barədə intizam qaydasında qətimkan tədbiri seçilib.  

“Axşam mənə müxtəlif yerlərdən narahatlıqla çoxsaylı zənglər edir, mənim həbs olunmağım haqda xəbərin doğru olub-olmadığını soruşurdular. Göründüyü kimi həbsim barədə deyilənlər doğru deyil. İttiham isə həqiqətən irəli sürülüb. Milli Təhlükəsizlik Xidməti bir neçə gün əvvəl mənə qarşı hansısa çirkli pulların yuyulması və vergidən yayınmaq ittihamı ilə qurama ittiham irəli sürüb, başqa yerə getməməyim üçün başqa yerə getməmək barədə intizam qaydasında qətimkan tədbiri seçilib. Yəni belə genişmiqyasda məlumatın yayılması həbsin mümkün ola biləcəyini göstərir”, - deyə Sedrik Koçaryan bildirib.

Xatırladaq ki, ötən il dekabrın 15-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vensyan brifinqdə Sedrik Koçaryanın "Konqres" mehmanxanasının alınması ilə bağlı şahid qismində dindirildiyini açıqlayıb.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 210