hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Ronaldo Messi ilə fərqindən danışdı

Ronaldo Messi ilə fərqindən danışdı

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Barselona"nın oyunçusu Lionel Messi ilə arasındakı fərqdən danışıb.

Qol.az-ın "DAZN"a istinadən yaydığı xəbərə görə, o, bununla bağlı deyib: "Fərq ondadır ki, fərqli klublarda oynamışam və fərqli komandalarla Çempionlar Liqasını qazanmışam. Ardıcıl 6 il bu turnirin ən yaxşı bombardiri olmuşam. Çox az oyunçu Çempionlar Liqasının kubokunu 5 dəfə qazanıb".

Portuqaliyalı hücumçu Messinin əla futbolçu olduğunu da söyləyib: "Onu təkcə 5 dəfə "Qızıl top"u qazanması ilə yox, həm də mənim kimi ilbəil daha yaxşı olması ilə xatırlayacaqlar".

Cebhe.info


Oxunma sayı: 419