hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ronaldo "Yuventus"da ikinci mövsümə yekun vurdu

Ronaldo "Yuventus"da ikinci mövsümə yekun vurdu

Turin "Yuventus"unun 35 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldo komandanın heyətində İtaliya çempionatında ikinci mövsümün tamamlanmasından sonra sosial şəbəkələrdə fikirlərini bölüşüb.

"Report" xəbər verir ki, hücumçu çempionluq uğrunda növbəti mübarizəni davam etdirməyin zəruriliyini vurğulayıb.

"Yuventus"la A Seriyasının doqquz titulundan son ikisini udmağa xoşbəxtəm! Bu, kiməsə asan görünəcək, amma belə deyil! İlbəil istedadla, sədaqətlə və çalışqan işlə siz öz hədəflərinə nail ola və əvvəlkindən daha yaxşı ola biləcəksiniz! Üçüncü çempionluq uğrunda irəli!", - deyə Ronaldo "İtaliya Çempionları" və "31 qol" həştəqi ilə özünün "Instagram"dakı hesabında yazıb.

Xatırladaq ki, A Seriyası mövsümünün nəticəsinə görə "Yuventus" İtaliya çempionu olub. Bu, ardıcıl (2011/2012, 2012/2013, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020) doqquzuncu qələbədir. 35 yaşlı Kriştianu Ronaldo üçün bu, A Seriyasının ardıcıl ikinci, "Yuventus"un heyətində isə üçüncü ardıcıl nailiyyətdir. çünki 2018-ci ildə o həmçinin İtaliya Super Kubokunun qalibi olub.

Ronaldo "Yuventus"a 2018-ci ilin yayında "Real Madrid"dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 35 yaşlı hücumçu İtaliya çempionatının cari mövsümünün 33 matçında (bütün oyunlarda əsas heyətdə) iştirak edərək 31 qol vurub, həmçinin 6 məhsuldar ötürmə verib. Hücumçunun klubla müqaviləsi 2022-ci il ilin yayında başa çatır.

Cebhe.info


Oxunma sayı: 1365