hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

Roqozin: "Rusiya raketləri istənilən aqressora cavab verə bilir"

Roqozin: "Rusiya raketləri istənilən aqressora cavab verə bilir"

Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbəri Dmitri Roqozin Rusiya raket qüvvələrinin istənilən aqressora cavab vermək qabiliyyətində olduğunu açqlayıb.

Cebhe.info xəbər verir ki, bu barədə o, rəhbərlik etdiyi qurumun rəsmi saytında videomüraciət dərc edib.

Məlumata görə, Roqozin "Vostoçnıy" kosmodromundan videomüraciət edib.

O bildirib ki, kosmik təyinatlı raket buraxan işçilər Vətəninin müdafiəçiləridirlər:

"Bizim raketlər istənilən aqressor və ya aqressor qrupuna cavab verməyə qadirdir", - deyə Roqozin bildirib.

"Roskosmos"un rəhbəri həmçinin qeyd edib ki, kosmik təyinatlı raketlər orbitə ikili təyinatlı hərbi sputnik və aparatlar çıxarır.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 419