hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Rufiz Qonaqov: "Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyə məcburdur"

Rufiz Qonaqov: "Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyə məcburdur"

“Vətən müharibəsindən qalib çıxmış bir ölkə olaraq növbəti vəzifəmiz işğaldan azad olunmuş ərazilərimizi bərpa etmək və məcburi qaçqın və köçkünlərimizin öz doğma yurd-yuvasına qayıtmaqdır. Bunula bərabər, beynəlxalq nəqliyyat dəhlizinin parcası olacaq “Zəngəzur dəhlizi”nin açılması bölgə üçün çox mühüm əhəmiyyət kəsb edir".

Bu sözləri "İki sahil" açıqlamasında politoloq Rufiz Qonaqov deyib.

R.Qonaqov bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri açıqlamalarında da bildirmişdilər ki, Ermənistan özünün həm Azərbaycana, həm də Türkiyəyə qarşı olan işğalçılıq və terrorçuluq siyasətindən əl çəkərsə, bölgədə altılıq formatında yeni əməkdaşlıq format yarana bilər. Bu da yeni konfiqurasiyanın yaranması deməkdir:

“Əgər, Ermənistan siyasətini dəyişməsə, bundan da ağır günlər yaşamalı olacaq.”

Politoloq qeyd edib ki, bu gün Azərbaycan bölgədə sülh yaradan, sülh istəyən, eyni zamanda, praqmatik və realist siyasət həyata keçirən ölkə kimi çıxış edir:

“Ermənistan isə hələ də reallığa uygun siyasət həyata keçirmir. Hazırda Ermənistanda gedən son proseslər də göstərir ki, bu ölkə öz faciəsini daha da dərinləşdiririr. Amma fakt budur ki, regionda yeni reallıq yaranıb və kommunikasiyaların bərpası, nəqliyyat dəhlizlərinin açılması labüddür. Ermənistan kapitulasiya bəyanatına imza atarkən üzərinə öhdəliklər götürüb və onlara əməl etməyə məcburdur".

R.Qonaqovun sözlərinə görə, Ermənistan düşdüyü ağır vəziyyətdən çıxmaq və bir dövlət kimi mövcud olmaq istəyirsə, Türkiyə və Azərbaycanla normal münasibətlər qurmalıdır:

“Azərbaycan Ermənistan üzərində çox möhtəşəm qələbə qazandı və Ermənistanın ordusu darmadağın edildi. Ermənistanın tək çıxış yolu Azərbaycan və Türkiyədir. Ermənistanın regionda yaranan yeni reallığı dəyişməyə nə gücü, nə də resursu var".

Cebhe.info


Oxunma sayı: 1101