hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Rufiz Qonaqov peyvənd olundu: “Bu prosesdə fəal olsaq, tezliklə həyat öz axarına qayıdacaq”

Rufiz Qonaqov peyvənd olundu: “Bu prosesdə fəal olsaq, tezliklə həyat öz axarına qayıdacaq”

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Rufiz Qonaqov koronavirus əleyhinə peyvənd olunub.

Cebhe.info xəbər verir ki, bu haqda Rufiz Qonaqov özü məlumat verib.

“Bu gün Əfəndiyev adına 2 saylı şəhər xəstəxanasında COVID-19 əleyhinə peyvənd olundum. Özümü normal hiss edirəm. Düşünürəm ki, hər birimiz bu prosesdə fəal olsaq, tezliklə həyat öz axarına qayıdacaq. Cənab Prezident İlham Əliyev başda olmaqla, dövlətimizə bu şəraiti yaratdığı üçün dərin təşəkkürümü bildirirəm”, - deyə R.Qonaqov bildirib.

Cebhe.info


Oxunma sayı: 1948