hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Rus asılılığından qurtulmaq üçün SON  4 İL

Rus asılılığından qurtulmaq üçün SON  4 İL

Polşa 2022-ci ilin sonunda Rusiya qazından tamamilə imtina edəcək. 

Cebhe.info xəbər verir ki, Polşa hökumətinin açıqlamasında belə deyilir.

"Hazırda biz ən çox həcmdə qazı Rusiyadan alırıq. Bu, uzunmüddətli müqavilədir və ondan 2022-ci ildə imtina ediləcək", - deyə Polşa hökumətinin strateji energetika infrastrukturu məsələləri üzrə nümayəndəsi Pyotr Naimski deyib.

O, ölkəni Danimarkadan keçməklə Norveç şelfi ilə birləşdirən "Baltik payp" qaz xəttinin tikintisini xatırladıb.

“Bu, bizim rusiyalılardan asılılıqdan qurtulmağımız üçün strateji yoldur. 2022-ci ildən sonra problem həll olunacaq", - deyə hökumət rəsmisi bildirib.

Həmçinin ABŞ və Qətərdən qaz idxalı nəzərdə tutulur. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 13652