hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Rusiya tammiqyaslı müharibəyə hazırlaşır - XƏBƏRDARLIQ VERİLDİ

Rusiya tammiqyaslı müharibəyə hazırlaşır - XƏBƏRDARLIQ VERİLDİ

“Rusiya Federasiyası tammiqyaslı müharibənin başladılması və aparılmasına yönəlik daha fəal məşq edir”. Cebhe.info xəbər verir ki, bu barədə İsveç Müdafiə Tədqiqatları İnstitutunun ekspertlərinin yaydığı məqalədə bildirilir.

Müəlliflərin fikrincə, əgər əvvəl Rusiya kiçik lokal münaqişələrin tənzimlənməsinə daha çox diqqət ayırırdısa, indi strateji hərbi təlimlər daha genişmiqyaslı olub.

Buna misal olaraq ekspertlər "Qərb-2017" təlimlərini göstərib. Burada 100 min hərbçi iştirak edib. "Şərq  - 2018" təlimləri isə daha genişmiqyaslı olub və 300 min nəfəri əhatə edib.

Müəlliflər qeyd edir ki, 2013-cü ildən etibarən Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə sistematik olaraq nəzarət edilir. Bu proses davamlı olaraq ali baş komandan Vladimir Putinin şəxsi nəzarətindədir. Məhz onun göstərişi ilə orduda qəfil yoxlamalar keçirilir.

Rusiyada bu qəbildən sonuncü genişmiqyaslı hərbi təlim 1981-ci ildə, yəni SSRİ-nin mövcudluğu dönəmində olub.

Xəzər

Cebhe.info


Oxunma sayı: 4703