hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Rusiya 1 milyon miqrantı qəbul etməyə hazırdır

Rusiya 1 milyon miqrantı qəbul etməyə hazırdır

Orta Asiya ilə hava əlaqəsi bərpa edildikdən sonra 1 milyona yaxın əmək miqrantı Rusiyaya qayıda biləcək.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Miqrantlar Federasiyasının prezidenti Vadim Kojenov deyib.

O bildirib ki, ölkəyə bir miyon nəfərin qayıdışı gözlənilir: "Problem ondadır ki, reyslər azdır. Məsələn, Qırğızıstan və Tacikistandan həftədə ancaq bir reys var. Özbəkistandan 3-4 dəfə. Beləliklə, indi həftədə 5-6 min nəfər gələ bilir".

Xatırladaq ki, Rusiyada qanunsuz yaşayan və işləyən miqrantlara fəaliyyətini leqallaşdırmağa imkan verəcək layihə hazırlanır. Miqrantlara yazılan cərimlərin də silinməsi nəzərdə tutulur.

Xəzər

Cebhe.info


Oxunma sayı: 331