hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Rusiya ABŞ-ın raket sınağından narahatdır

Rusiya ABŞ-ın raket sınağından narahatdır

“Rusiya ABŞ-ın orta və yaxınmənzilli raketlər haqqında sazişindən çıxdıqdan sonra raket sınağını keçirməsi, Kremldə ciddi böhrana səbəb olub”.

Cebhe.info xəbər verir ki, bu fikirlə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Politoloq deyib ki, Putin ABŞ-ın Avropada və Asiyada orta və yaxınmənzilli raketlərin yerləşdirməsindən narahatdır:

“Çünki bu Rusiyanın yeni silahlara vəsait ayırmasına gətirəcək. Məhz Putin də silahlanmanın ölkə iqtisadiyyatına vuracağı zərbəni qeyd etdi.

Göründüyü kimi, Rusiyanı çətin iqtisadi və maliyyə cəhətdən ağır günlər gözləyir. Rusiya ABŞ-a cavab olaraq Şərqi Avropada aqressiyasını artıracaq. Yeni hərbi birliklər və Kalinqradda yeni raket sistemlərini quraşdıracaq. Silahlanma yarışı Rusiyanı qonşu ölkələrə qarşı təzyiqini artırmasına baxmayaraq, ABŞ bu prosesdə Moskvanı kifayət qədər zəiflədəcək. Belə bir beynəlxaq problemdə Cənubi Qafqaz ABŞ-ın diqqətində olacaq. Xüsusilə Azərbaycana siyasi və digər istiqamətlərdə dəstəyini artıracaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1805