hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının vaxtı məlum oldu

Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının vaxtı məlum oldu

Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 19-cu iclası bu ilin IV rübündə Moskvada keçiriləcək.

APA-nın Msokva müxbirinin verdiyi məlumata görə, bunu TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş “Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında çıxış edən Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədrlərinin iyun ayında onlayn formatda görüşü də keçiriləcək.

Rusiyalı diplomat iki ölkənin regionları arasında sıx əməkdaşlığın inkişaf etdiyini vurğulayıb: "Bu gün Rusiyanın 17 subyektinin Azərbaycanla əməkdaşlıq etməsi haqqında sazişi mövcuddur. Rusiyanın 71 regionundan olan kampaniyalar Azərbaycana yükdaşımalarla məşğuldur".

Rusiya XİN başçısının müavini XI Rusiya-Azərbaycan Regionlararası forumunun keçirilmə vaxtını da açıqlayıb. O, forumun bu ilin ikinci yarısında Azərbaycanda keçirilməsinin planlaşdırıldığını söyləyib.

Cebhe.info


Oxunma sayı: 1145