hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0242
  • EURO - 1.8927
  • NEFT - 37.65
  • clouds-weather

Rusiya Azərbaycana hərbi təyyarələr təklif edir

Rusiya Azərbaycana hərbi təyyarələr təklif edir

Rusiya dünya silah bazarında öz yerini qorumaq və yeni silahlarını satmaq üçün bazarlar axtarmaqdadır.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində bu ölkədən 5 milyad dollardan artıq silah alıb:

“Yeni müqavilələr bağlamaqla Moskva ölkəmizə yeni silahların satışını reallaşdırmağa çalışır. Məsələnin maraqlı tərəfi ondadır ki, Azərbaycana bu təklifi Rusiya edir. Rusiya əvvəllər Azərbaycana müasir raket və aviasiyanın satışında tərəddüd edirdi. Azərbayacanın alternativ silah bazarı əldə etməsi və kifayət qədər maliyyə imkanlarının olması digər ölkələrdən hərbi təyyarələrin alınması istiqamətində işlərə başlayandan sonra Rusiya artıq Azərbaycana “Su-35” və “MiQ-35” qırıcılarını satışını təklif etdi.

Rusiyanın bu təklifi öz alıcısını itirməməklə yanaşı müəyyən siyasi məqsədlərin də olduğu istisna deyil. Qeyd edim ki, Rusiyanın yeni nəsil “Su-35” qırıcısı, ABŞ-ın yeni nəsil “F-35” qırıcısnın analoqudur”.

Politoloq qeyd edib ki, Rusiya “Su-35” təyyarələrini Ermənistana ixrac edəcəyini dəfələrlə bəyan etsə də, bu işğalçı ölkədə eyforiyaya gətirib çıxarmasana baxmayaraq Moskva döyüş təyyarələrini Yereavana göndərməyib:

“Hətta Baş nazir Nikol Paşinyan Yerevan yaxınlığında Rusiyanın hərbi bazasına gedərək Rusiyanın “Su-35” təyyarəsinə əyləşib buradan Azərbaycana mesaj verdi. Amma Rusiya bu silahların geniş partiyada Azərbaycana satmağı reallaşdırır.

Rusiyada məlum pandemiya və neft qiymətlərində ucuzlaşma Moskvanın bu döyüş təyyarələri Ermənistana böyük partiyada verməsi mümkün görünmür. Bu təyyarələri ucuz qiymətə yaxud da kreditlə Ermənistana verməkdənsə, digər ölkələr baha qiymətə maliyyə əldə etməyə yönləndirər. Sadəcə bir və ya iki təyyarə verməklə forpostunu sakitləşdirə bilər.

Azərbyacanın arsenalında olan “MiQ-29” və “Su-30” hərbi aviasiyası döyüş tələblərinə cavab versə də, aviasiya parkının yenilənməsi mütləqdir. Azərbaycan ABŞ-dan hərbi helikopterlər, İtaliyadan hərbi təlim üçün qırıcılar alır. Pakistandan da yeni qırıcılar alınması istiqamətində razılıq əldə edilib.

Rusiyanın ölkəmizə satacağı “Su-35” və “MiQ-35” hərbi təyyarələri Ermənistana siyasi sillədir. Azərbaycan yeni qırıcılar əldə etməklə ilk növbədə Ermənistan qarşısında havada öz üstünlüyünü qoruyacaq. Regionda ən güclü hərbi aviaparka sahib olacaq.

Artıq Ermənistan başa düşməlidir ki, onun müttəfiqi yeni ən güclü qırıcısını Azərbaycana satır və Rusiya əvvəlki illərdən fərqli olaraq Azərbaycana satdığı bahalı, eləcə də müasir silahları Ermənistana vermir. Onun əvəzində öz ordusunun işlənmiş silahlarını göndərir. Bunu Baş naziri Nikol Paşinyan Ermənistanın sabiq prezdenti Serj Sarkisyanın 42 milyon dollara Rusiyadan aldığı silahları "dəmir qırıntısı" adlandırmaqla öz münasibətini bildirmişdi.

Rusiyanın Azərbaycana yeni nəsil qırıcılarının ixracı Ermənistan hakimiyyətində tektonik sirkələnməyə gətirəcək. Azərbaycan bu silahları anbarda saxlamaq və təlimdə istifadə etmək üçün almır. Azərbycanın Rusiyadan silah almasına qarşı olsam da, yeni müasir bu təyyarənin alınması məqsədəuyğundur.

Yeni geosiyasi bir mənzərə formlaşır və mütləq şəkildə silahlanma bizim öz ərazilərimizin azad olunmasına yönələcək.

Azərbyacan Rusiyadan alacağı “Su-35” qırıcılarının ilk sınağını Ermənistanın işğal olunmuş ərazilərində hərbi obyektlərini vurmaqla sınaqdan keçirməlidir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2421