hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Rusiya Azərbaycanın, yoxsa Ermənistanın yanındadır? - Ekspert izah edir

Rusiya Azərbaycanın, yoxsa Ermənistanın yanındadır? - Ekspert izah edir

“Ermənistanın Baş naziri Nikol Paşinyan işğal altındakı torpaqlarımıza tez-tez gəlir, hətta bu səfərlərində ölkəsinin keçmiş rəhbərləri Robert Köçəryanı və Serj Sarkisyanı da üstələyir”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, sonuncu ikisi heç bu qədər Dağlıq Qarabağa gəlmirdilər:

“Paşinyan bu gəlişlərlə göstərmək istəyir ki, guya Dağlıq Qarabağ separatçılarının mövqeyini nəzərə alır. Əslində isə “Qarabağ klanı”ndan çəkindiyinə görə tez-tez separatçıların ayağına gedir. Onlara bəhanə vermək istəmir. Paşinyan budəfəki gəlişində Dağlıq Qarabağda “prezidentliyə namizədlərlə” də görüşüb. Bunun da məqsədi aydındır. Paşinyan Dağlıq Qarabağda qüvvələr nisbətinin onun əleyhinə çevrilməsini istəmir və indidən bütün “namizədlərə” mesajlarını şəxsən çatdırır.

Maraqlıdır ki, Paşinyanın Dağlıq Qarabağa gəlişi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlişi ilə üst-üstə düşdü. Lavrov İrəvandakı açıqlamasında Dağlıq Qarabağın da maraqlarının nəzərə alınması vacibliyini bildirmiş və bununla İrəvanın və separatçıların istəyini səsləndirmişdi.

Paşinyan Xankəndidə ikən Lavrovun siyasətinə uyğun hərəkət etdiyini biruzə verir. O ki qaldı, Lavrovun Bakıdakı görüşlərinə və verəcəyi açıqlamalarına, çox güman ki, Rusiyanın xarici işlər naziri İrəvanda dediyini bir az korrektə etmək məcburiyyətində qalacaq ki, Azərbaycanla körpüləri tamamən yandırmasın. Digər tərəfdən Lavrov İrəvanda imzaldığının eynisini Bakıda imzalayacaq, Rusiya və Azərbaycan XİN-lərinin 2020-ci il üçün əməkdaşlıq konturları müəyyələşdirəcək”.

Cebhe.info


Oxunma sayı: 1046