hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Rusiya Baş nazirinin müavini Azərbaycanın KTMT-yə daxil olması haqda danışdı

Rusiya Baş nazirinin müavini Azərbaycanın KTMT-yə daxil olması haqda danışdı

Rusiya Baş nazirinin müavini Yuri Borisov Azərbaycanın KTMT-də müşahidəçi statusu almasının mümkünlüyünü istisna etməyib.

Virtualaz.org bildirir ki, xəbəri “İnterfaks” yayıb.

"Bu təkcə Azərbaycana aid deyil. KTMT həmişə keçmiş SSRİ respublikaları ilə əməkdaşlığı məmnuniyyətlə qarşılayacaq. Biz hamımız bir vaxtlar bir ailəydik", - deyə Borisov Azərbaycanın müşahidəçi və ya KTMT tərəfdaşı statusu almaq imkanının nəzərdən keçirilib-keçirilməməsi barədə sualı cavablandırarkən bildirib.

"Bizim ümumi çox şeylərimiz var. Bu, bütün keçmiş respublikaların hərbi qüvvələrinin müəyyən tarazlığına da aiddir. Bütün KTMT ölkələri və xüsusilə Azərbaycanla hərbi-texniki əməkdaşlıqla bağlı çoxbalanslı və düşünülmüş siyasət aparırıq", - deyə Rusiya Federasiyası Baş nazirinin müavini vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Qarabağ münaqişəsinin qızışdırılmasında maraqlı deyil, əksinə, münaqişənin aradan qaldırılmasına kömək edəcək.

"Və siz Rusiyanın, xüsusən də Prezidentimizin oynadığı rolu bilirsiniz. KTMT-dəki qərarlar kollektiv şəkildə qəbul edilir. Müzakirələrdən sonra, Təşkilat belə bir qərara ehtiyac olduğunu qəbul edərsə, təşkilatın nizamnaməsinə və qaydalarına uyğun olaraq qəbul ediləcək", - Borisov qeyd edib.

Xatırladaq ki, cümə axşamı Yerevanda KTMT-nin Hərbi-iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyasının iclası keçirilib.

Cebhe.info


Oxunma sayı: 441