hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Rusiya bombardmançıları Sarı və Şərqi Çin dənizləri üzərində uçuşlar keçirib

Rusiya bombardmançıları Sarı və Şərqi Çin dənizləri üzərində uçuşlar keçirib

Rusiya Aerokosmik Müdafiə Qüvvələrinin iki strateji bombardmançı “Tu-95MS” təyyarəsi Sarı və Şərqi Çin dənizlərinin neytral suları üzərində planlaşdırılan uçuşları başa çatdırıb.

Cebhe.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, uçuş zamanı “Su-35S” qırıcılarının pilotları və uzaqmənzilli radar patrulunu “A-50 VKS” idarəetmə təyyarələri müşayiət edib.

Ayrıca marşrutun ayrı-ayrı hissələrində “Tu-95MS” pilotlarını “F-15” və  “F-16” Cənubi Koreya Hərbi Hava Qüvvələri və Yaponiya Hərbi Hava Qüvvələri “F-2” qırıcıları müşayiət edib.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, uzun məsafəli aviasiya pilotları müntəzəm olaraq digər dövlətlərin sərhədlərini pozmadan hava məkanının istifadəsi üzrə beynəlxalq qaydalara uyğun olaraq uçub.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 870