hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Rusiya Cənubi Qafqazda vəziyyəti diqqətlə izləyir - Kreml

Rusiya Cənubi Qafqazda vəziyyəti diqqətlə izləyir - Kreml

Rusiya Cənubi Qafqazda vəziyyəti diqqətlə izləyir.

Unikal.org xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti rəhbərinin müavini Aleksey Zaytsev bu fikri Moskvada brifinqdə söyləyib.

A.Zaytsev TASS agentliyinin Azərbaycanın Türkiyə ilə birgə, o cümlədən Ermənistanla sərhəddə hərbi təlimlər keçirmək niyyəti barədə sualı cavablandıraraq vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq barədə sazişə uyğun olaraq, iyulun 29-dan avqustun 10-dək Azərbaycan ərazisində əvvəlcədən planlaşdırılmış birgə təlimlər keçirilir.

RF XİN-in rəsmi nümayəndəsi deyib: “Təbii ki, xüsusən bu günlərdə Ermənistan-Azərbaycan sərhədində baş vermiş münaqişə nəzərə alınmaqla regionda vəziyyəti çox diqqətlə izləyirik və bütün tərəfləri, o cümlədən onların cari hərbi fəaliyyətində təmkinli olmağa təkidlə çağırırıq”.

Cebhe.info


Oxunma sayı: 1255