hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rusiya Dağlıq Qarabağa sülhməramlılar yeridir? – ŞƏRH

Rusiya Dağlıq Qarabağa sülhməramlılar yeridir? – ŞƏRH

“Rusiya-Gürcüstan müharibəsinin başlamasının 12-ci ili bu gün tamam oldu”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə politoloq Elxan Şahinoğlu bildirib:

“Rusiyanın Təhlükəsizlik Şurasının sədrinin müavini və keçmiş prezident Dmitri Medvedyev bununla əlaqədar yazdığı statusda “faktiki olaraq Rusiya Federasiyasına qarşı müharibə elan olunmuşdu” ifadəsini işlədib. Medvedyev prezident olduğu həmin 2008-ci ildə yeganə mümkün qərar verdiyini və əvvəlcə Cənubi Osetiya ilə Abxaziyanı “hücumdan müdafiə etdiyini”, daha sonra isə həmin böləglərin vətəndaşlarının xahişi ilə adıçəkilən bölgələrin “müstəqilliklərini” tanıdıqlarını yazıb.

Medvevyevin fikrincə, guya Rusiya müdaxilə etməsəydi, Cənubi Qafqaz barıt çəlləyinə dönəcəkdi.

Rusiya rəsmiləri həmişə olduğu kimi münaqişələri özlərinin maraqlarına uyğun, baş-ayaq şəkildə izah edirlər”.

Elxan Şahinoğlu bildirir ki, Gürcüstanın o zamankı Prezidenti Mixail Saakaşvilinin yeganə istəyi Cənubi Osetiyanı ram etməklə ərazi bütövlüyünün təminatında önəmli addım atmaq idi:

“Sadəcə, Saakaşvilinin səhvi onda oldu ki, Cənubi Osetiyanın da Acarıstan kimi asanlıqla ram edəcəyini düşündü. Cənubi Osetiyada Rusiyanın sülhməramlıları vardı. Ona görə də Moskva Tiflisin Cənubi Osetiyanın Gürcüstana qatılmasına razılıq verə bilməzdi. Yaxın tarixdən örnək olan bu hadisə bizə bir daha anlatmalıdır ki, Rusiyanın “sülhməramlılar” adı altında Dağlıq Qarabağa gəlişinə icazə vermək olmaz. Onlar gəlsələr, bir daha çıxmayacaq və erməni separatçılarının Azərbaycan torpaqlarında təhlükəsizliklərinin təminatçısı olacaqlar”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 4379