hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rusiya Ermənistan və Azərbaycan münasibətlərin normallaşması üçün hər şeyi edir

Rusiya Ermənistan və Azərbaycan münasibətlərin normallaşması üçün hər şeyi edir

Rusiya Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması üçün hər şeyi edir.

Virtualaz.org bildirir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Mənalar məkanı – 2020” Ümumrusiya təhsil forumunda çıxışı zamanı deyib.

"Ermənistanla Azərbaycan arasında baş verənlər, sözsüz ki, bu iki ölkənin öz işidir. Lakin həm ATƏT-in Minsk qrupunun üzvü, həm vasitəçi, həm də Azərbaycan və Ermənistanla, demək olar ki, qan bağına malik bir ölkə kimi Rusiya münaqişənin közərən ocağına kiminsə yağ tökməsini minimallaşdırmağa cəhd edir. Baş verənlərin ziyanının azaldılmasına çalışır və bunun yenidən başlanmaması üçün əlindən gələni edir”, - Zaxarova qeyd edib.

Qeyd edək ki, iyulun 12-si günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimini kobud surətdə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriya qurğularından atəşə tutublar. Azərbaycan ordusunun mövqelərinin ələ keçirilməsi məqsədilə Ermənistanın hərbi hissələri hücuma keçməyə cəhd göstərib. Cavab tədbirləri onlar itki verərək geri oturdulublar.

Cebhe.info


Oxunma sayı: 2575