hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rusiya FHN başçısı Ziniçev də İrəvana gedib

Rusiya FHN başçısı Ziniçev də İrəvana gedib

Rusiya Fövqəladə Hallar naziri Yevgeni Ziniçev İrəvana gəlib və Qarabağa dair üçtərəfli Bəyanatdan irəli gələn humanitar məsələləri yerinə yetirmək üçün məsələləri İrəvandakı rəsmilərlə müzakirə edəcək.

Cebhe.info xəbər verir ki, bu barədə Erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Ziniçev bu gün erməni həmkarı Andranik Piloyan və Baş nazir Nikol Paşinyanla görüşlər keçirəcək.

Xatırladaq ki, Ziniçevlə birlikdə nümayəndə heyətinin tərkibində Rusiyanın Müdafiə naziri S.Şoyqu, Xarici İşlər naziri S.Lavrov, Baş nazirin müavini A.Overçuk, Səhiyyə naziri M.Muraşko və "Rospotrebnadzor"un rəhbəri A.Popova da İrəvana gəlib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 881

Bizim Telegram səhifəmizi izləyin