hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Rusiya fond bazarı enişlə açılıb

Rusiya fond bazarı enişlə açılıb

Rusiya fond bazarı əsas fond indekslərində enişlə açılıb.

Moskva birjasında əsas ticarət sessiyasının açılışında Moskva birjasının indeksi 3832,98 bəndinə (mənfi 2,91 faiz), RTS indeksi isə 1601,01 (mənfi 3,89 faiz) bəndinə düşüb.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Məlumata görə, bu gün saat 10:13-də Moskva Birjasının 15 "mavi çip"indən yalnız ikisi müsbət çıxıb - "Polyus" (müsbət 1,25 faiz, hər səhmə 14 550 rubla qədər) və "Polimetal" (müsbət 0,12 faiz, 1 358,4 rubla qədər). Səhmləri ən çox ucuzlaşan isə bu şirkətlər olub:

"Rosneft" (mənfi 3,01 faiz, 573,1 rubl), "Lukoil" (mənfi 2,98 faiz, 6463 rubl) və "Maqnit" (mənfi 2,93 faiz, 5878,5 rubl).
Bildirilir ki, “Brent” markalı neft dərhal 3,06 faiz ucuzlaşaraq bareli 79,66 dollara, “WTI” markalı neft isə 3,66 faiz ucuzlaşaraq 75,52 dollara düşüb.

Qeyd edək ki, "TradingView" tərəfindən “Brent” neftin ucuzlaşması fonunda rubl da ucuzlaşmağa başlayıb: dolların məzənnəsi 75,45 rubl (müsbət 0,76 rubl), avronun məzənnəsi 84,76 rubl (müsbət 1,02 rubl) olub.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 639