hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rusiya Gürcüstana satdığı qazı ucuzlaşdırdı:Neft ucuz, rəqabət güclü

Rusiya Gürcüstana satdığı qazı ucuzlaşdırdı:Neft ucuz, rəqabət güclü

Rusiya dünya bazarında neftin ucuzlaşması fonunda Gürcüstana gəzəşt edəcək.

Cebhe.info xəbər verir ki, Gürcüstan hökuməti ilə "Qazprom" arasında aparılan danışıqlar uğurla nəticələnib. Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava məlumat verib.

Onun sözlərinə görə, bazarda rəqəbəti və neftin qiymətlərinin azalmasını nəzərə alan "Qazprom" Gürcüstana qaz nəqlinə dair müqavilə şərtlərinə yenidən baxıb. Nəticədə ucuzlaşdırma qərara lınıb.

Nazir dəqiq rəqəm səsləndirməyib, ancaq məlum olub ki, təbii qazın qiymətində 15 faizlik ucuzlaşma gözlənilir.

Xatırladaq ki, ötən il Gürcüstan Rusiyadan 160 milyon kubmetr qaz alıb. Bu il isə bu rəqəm 170 milyon kubmetr olacaq.
Xəzər
Cebhe.info


Oxunma sayı: 1805