hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Rusiya ixracatçıları Bakıya gələcəklər - RƏSMİ

Rusiya ixracatçıları Bakıya gələcəklər - RƏSMİ

İyulun 23-də “Roseksimbank” SC-nin dəstəyi ilə Rusiya ixracatçılarının Bakıya işgüzar səfəri baş tutacaq.

Bu barədə Cebhe.info-ya Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

İşgüzar səfər çəvçivəsində Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitriy Volvaçın, “Roseksimbank” SC-nin İdarə heyətinin sədri Azər Talıbovun, Azərbaycanın dövlət şirkətlərinin və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) nümayəndələrinin, həmçinin, Rusiyanın aparıcı sənaye şirkətlərinin təmsilçilərinin iştirakı ilə görüşlər və tədbirlər keçiriləcək.

Cebhe.info


Oxunma sayı: 837