hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rusiya mətbuatı: ““Aya Sofya”nın məscid olması Qərbi Ərdoğana qarşı çevirəcək”

Rusiya mətbuatı: ““Aya Sofya”nın məscid olması Qərbi Ərdoğana qarşı çevirəcək”

“Aya Sofya”nın məscid olaraq ibadətə açılması Rusiya mətbuatında da özünə yer alıb.

Cebhe.info-nun xarici mətbuatına istinadən xəbərinə görə, bu addım ölkə turizminə zərbə kimi qiymətləndirilib:

““Aya Sofya”nın məscidə çevrilməsi xristian-müsəlman etimadına xələl gətirəcək, turizmə zərbə vuracaq və Qərbi Ərdoğana qarşı çevirəcək".

“Aya Sofya”nın UNESCO-nun Dünya Maddi İrs Siyahısında olduğu bildirilən məqalədə 2019-cu ildə muzeyin 3,7 milyondan çox turist qəbul etdiyi və məscid qərarından sonra bu sayın düşəcəyi iddia edilib.

Qərarın xaricdən gələn qonaqları heyrətləndirdiyi, ABŞ və Yunanıstanın reaksiyası ilə qarşılaşacağı qeyd olunur. Bildirilir ki, Yunanıstan Avropa İttifaqı ölkələrindən “Aya Sofya” addımı ilə bağlı Türkiyəyə təpki göstərilməsini gözləyir, amma belə bir cavabın verilməsi uzun çəkə bilər.

Müəllifə görə, muzeyin məscid statusu alması Türkiyədə xristian-müsəlman birliyində zərbə vuracaq. Eləcə də Rəcəb Tayyib Ərdoğanın ““Aya Sofya”nın qapıları, yerli və xarici müsəlman və qeyri-müsəlmanlar üçün açıq olacaq" sözlərinin şübhə doğurduğu əlavə edilib.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1057