hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Rusiya nə istəyir?- Azərbaycan Avrasiya İttifaqına üzv olacaq?

Rusiya nə istəyir?- Azərbaycan Avrasiya İttifaqına üzv olacaq?

“Prezident İlham Əliyevin "İsgəndər-M" raketi ilə bağlı növbəti dəfə Rusiyaya mesaj verdi”.

Cebhe.info-nun xəbərinə görə, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, dövlət başçısının bu açıqlamasından aydın olur ki, iki ölkə arasında yenə “soyuq rüzgarlar” əsir:

“Göründüyü kimi, məhz Rusiya konkret açıqlama verməkdən yayınır. Prezidentin bu çıxışı Rusiyanın ölkəmizə qarşı təzyiqləri fonunda geri çəkilməməsidir. Moskva məhz Mehri dəhlizinin açılması müqabilində Azərbaycanın Avrasiya İttifaqına üzvülüyünü şərt kimi irəli sürür. Ona görə də Mehri dəhlizi ilə bağlı müəyyən problemlər var. Rəsmi Bakı Moskvanın bu mövqeyinə qarşı çıxmaqdadır.

Görünür, Kreml ölkəmizin Gömrük İttifaqına üzv olmaq və öz orbitində olması üçün təzyiqlər edir və Bakı-Ankara arasında sıx siyasi-hərbi ittifaqın qurulmasına qarşıdır. Məhz Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığı regionda yeni siyasi nizam formalaşdırıb. Bu da Moskvanı narahat edir. Ötən gün Rusiya Müdafiə naziri Sergey Şoyqunun NATO Cənubi Qafqazda möhkəmlənir mesajı NATO ölkəsi olan Türkiyə və Azərbaycan hərbi əməkdaşlığına ehyam vurmuşdu. Qeyd edim ki, Azərbaycanın apardığı hazırkı kurs ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə və təhlükəsizliyinə töhfə verir.

Bakı-Ankara əməkdaşlığını Moskva öz geopolitik layihələrinə təhlükə kimi görür. Bundan əlavə, Rusiya Azərbaycanla strateji tərəfdaşlıq etmir və Qarabağda kiçik bir ərazidə sülhməramlı qüvvələrinin fəaliyyəti altında separatizmi dəstəkləyir. Məhz Rusiya sülhməramlı qüvvələrinin 9 mayda parada hazırlaşdığı ərəfədə prezidentin "sülhməramlı qüvvələr Azərbaycanın razılığı ilə ordadadır" - açıqlaması, Bakının buna etirazı idi.

Azərbaycanın əlində ciddi fakt və arqumentlər var ki, Rusiyadan bundan sonra silahlar almasın və Rusiyanın layihələrində yer almasın. Azərbaycan Türkiyə ilə geosiyasi, geoiqtisadi bir yola çıxıb və buradan geri dönüş ölkəmizi zəif düşürə bilər. Hazırda olduğumuz platforma Rusiyaya bizimlə strateji tərəfdaşlıq et və qarşılıqlı etimad siyasətini həyata keçir mesajını vermək iqtidarındadır. Rusiyadan ölkəmizə qarşı təzyiqlərə gəldikdə, onsuz da bu təzyiqlər var və bundan o tərəfə keçə bilməyəcək”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1695