hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rusiya ölkəyə giriş qaydalarını dəyişdirdi

Rusiya ölkəyə giriş qaydalarını dəyişdirdi

Rusiya xarici vətəndaşlar üçün ölkəyə giriş prosedurunu sadələşdirib.

Bu barədə Rusiyanın Baş Naziri Mixail Mişustin Nazirlər Kabinetinin iclasında açıqlama verib.

Baş nazir bildirib ki, yeni qaydalara görə Rusiya vətəndaşları ilə yaxın qohumluğu olan əcnəbilər ölkəyə giriş üçün sənədləri sadələşdirilmiş qaydada tərtib edə biləcəklər. Onun sözlərinə görə, bu kateqoriyaya Rusiyada həyat yoldaşları, valideynləri, övladları, qardaşları, bacıları, babaları, nənələri və nəvələri olan əcnəbilər daxildir.

"Bu şəxslər bir ilə qədər uzunmüddətli vizalar ala biləcəklər və bunu vətəndaşımızdan sadə bir yazılı müraciət əsasında həyata keçirmək olacaq",- Mişustin qeyd edib.

Ayrıca, yeni qanun, viza almaq hüququnu qorumaq üçün əcnəbilərə qoyulan üç ayda bir ölkəni tərk etmək tələbini də ləğv edəcək.

Cebhe.info


Oxunma sayı: 1497