hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Rusiya ordusu yeni MiQ-35 qırıcıları silahlanmaya alıb

Rusiya ordusu yeni MiQ-35 qırıcıları silahlanmaya alıb

Bu gün 2 ədəd 4++ nəsil MiQ-35 qırıcısı Rusiya ordusuna təhvil verilib.

Cebhe.info xəbər verir ki, bunu Birləşmiş Aviasiya Şirkətinin (UAK) vitse-prezidenti İlya Tarasenko deyib.

O bildirib ki, son 3 il ərzində MiQ-35 proqramında böyük sıçrayış həyata keçirilib: “Çox qısa zamanda bu təyyarənin istehsalına başladıq, sınaq keçirdik. 2 il yarım aparılan sınaqlardan sonra Rusiya Müdafiə Nazirliyi ilə saziş imzaladıq. Bu gün etibarilə Rusiya Hava-Kosmik Qüvvələrinə qırıcılardan ikisini təhvil vermişik. İlin sonunda 4-ü də hazır olacaq”.

ABŞ-ın "The National Interest" jurnalı yazır ki, Rusiyanın yeni çoxməqsədli döyüş təyyarəsi MiQ-35-lər tezliklə ABŞ-ın F-35 ilə rəqabət aparacaq.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 584