hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Rusiya qazının Polaşaya nəqli dayandı

Rusiya qazının Polaşaya nəqli dayandı

Avropaya qaz nəqlinə dair Polşa ilə müqavilə başa çatdıqdan sonra "Qazprom" marşrutdan istifadəni dayandırıb.

Cebhe.info-nun məlumatına görə, Polşanın “Gaz System” qaz nəqli ilə məşğul olan operator şirkətindən Rusiya mediasına verilən açqıalamada belə deyilir. Mayın 24-də Belarusla sərhəddən vurulan qazın həcmi 17,3 milyon kubmetrə düşüb ki, bu da ümumi ötürücünün 18 faizini təşkil edir. Mayın 25-də hərracın gedişi zamanı bu göstəricinin 10 faizə düşməsi qeydə alınıb. Rus boru kəməri ixracının inhisarçısı rekord qiymətin düşməsi və tələbin azalması fonunda Yamal-Avropa qaz kəməri ilə tədarük imkanlarını itirib. Bunun əvəzinə şirkət digər ənənəvi marşrutlarını maksimum dərəcədə artırmağa çalışır.

May ayında Ukrayna üzərindən orta hesabla gündəlik tranzit 150 milyon kubmetrə çatıb. Halbuki, müqaviləyə görə ixracataın həcmi 178 milyon kubmetr təşkil etməlidir. Ən gəlirli marşrut olan "Nord Stream" (Şimal axını) vasitəsilə çatdırılma may ayında orta hesabla gündə 194 milyon kubmetrə qədər artıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur.

Qyd edək ki, Polşa ilə “mavi yanacağın” tranzitinə dair əlaqələr sistemi 25 illik müqavilənin mayın ortalarında başa çatmasından sonra dəyişib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2839