hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

Rusiya qırıcıları Qara dəniz üzərində ABŞ hərbi təyyarələrini tutmaq üçün havaya qalxıb

Rusiya qırıcıları Qara dəniz üzərində ABŞ hərbi təyyarələrini tutmaq üçün havaya qalxıb

Rusiya qırıcıları Qara dəniz üzərində 2 ABŞ hərbi təyyarəsini tutmaq üçün havaya qalxıb.

Bu barədə Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat yayıb.

“29 iyun 2020-ci il tarixində Cənub hərbi dairəsinin hava hücumundan müdafiə qüvvələri Qara dənizin neytral sularında ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A “Poseydon” və Hərbi Hava Qüvvələrinin strateji kəşfiyyat təyyarəsi RC-135 aşkarlayıblar”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyasının dövlət sərhədindən xeyli məsafədə olan ABŞ təyyarələri davamlı olaraq Rusiyanın nəzarət vasitələri ilə müşayiət olunub: “Bundan başqa, hədəfləri tutmaq üçün Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinin Su-27 qırıcıları havaya qaldırılıb. Rusiya Federasiyasının dövlət sərhədində pozuntular qeydə alınmayıb. Rusiya təyyarələrinin uçuşları digər dövlətlərin sərhədlərini pozmadan neytral sular üzərində hava məkanının istifadəsinə dair beynəlxalq qaydalara uyğun olaraq yerinə yetirilib”. (APA)

Cebhe.info


Oxunma sayı: 2036