hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Rusiya rəsmən qətldə ittiham edildi

Rusiya rəsmən qətldə ittiham edildi

Almaniyanın Berlin Prokurorluğu 2019-cu ilin yayında Berlində öldürülən Gürcüstan vətəndaşının qətlində rəsmi Moskvanı ittiham edib.

Cebhe.info yerli türk mətbuatına istinadən xəbər verir ki, iş sənədləri ölkənin milli təhlükəsizliyinə təhlükə yaratdığı üçün federal prokurora verilib.

Almaniyanın istintaq orqanları avqustun 23-də Berlində parkda çeçen mənşəli Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvili öldürən şübhəli şəxsin kimliyin müəyyən etdiklərini və onun Rusiya hakimiyyəti ilə bağlı olduğunu düşünür. İşin federal prokurora bu gün verilməsi gözlənilir. Bu halda, Moskvaya qarşı diplomatik və s. sanksiyaların tətbiq olunması gözlənilir.

Qeyd edək ki, çeçen əsilli Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvili, Aslan Məshədov və Şamil Basayevin ən yaxın tərəfdarıdır.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1035