hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rusiya səfirliyi qarşısında piket təxirə düşdü - AÇIQLAMA

Rusiya səfirliyi qarşısında piket təxirə düşdü - AÇIQLAMA

Azərbaycan Yüksəliş Partiyası bu günə nəzərdə tutduğu piketi təxirə salıb.

Cebhe.info xəbər verir ki, bu barədə Azərbaycan Yüksəliş Partiyasının (AYP) Təşəbbüs Qrupunun üzvü Anar Əsədli bildirib.

Partiya rəsmisinin sözlərinə görə, Rusiyanın Ermənistanı silahlandırmağına etiraz olaraq Rusiya səfirliyinin qarşısında keçirilməsi nəzərdə tutulan piket dövlət qurumlarının müraciətini nəzərə alaraq təxirə salınıb:

“Bununla belə, etiraz aksiyasının qətnaməsi Yüksəliş Partiyası adından Rusiya səfirliyinə təqdim olunacaq və KİV vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. Çağrışımıza laqeyd qalmayan bütün vətəndaşlarımıza təşəkkür edirik!

Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna!”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1178

Bizim Telegram səhifəmizi izləyin