hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rusiya sərhədlərini açacaq: Tarix verilib

Rusiya sərhədlərini açacaq: Tarix verilib

Rusiya bütün ölkələrlə hava sərhədlərinin açılması istiqamətində müzakirələr aparır.

Cebhe.info xəbər verir ki, hazırda rusiyalılar Türkiyə, Britanya və Tanzaniyaya səfər edə bilirlər. Avqustun ortalarına qədər bu siyahı genişləndirilə bilər.

TASS agentliyinin məlumatına görə, artıq baş nazirin müavini Tatyana Qolikovanın yanında məsələ müzakirə olunub.

Mənbə bildirib ki, 11 avqustdan bütün ölkələrlə müxtəlif şərtlər daxilində hava nəqliyyatının bərpası gözlənilir.

Bundan əvvəl Avropa Birliyi ölkələri ilə uçuşların bərpası dəfələrlə müzakirə olunub. Avropa Birliyi 1 iyuldan etibarən bəzi ölkələrlə hava nəqliyyatının bərpası barədə qərar verib. Sabiq SSRİ-dən siyahıya ancaq Gürcüstanın adı düşüb. Bu ölkədə yoluxma və ölüm bütün digər sabiq SSRİ respublikalarına nisbətən çox azdır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 6216