hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Rusiya silah satmağın yolunu tapdı: QADAĞALAR GÖTÜRÜLÜR

Rusiya silah satmağın yolunu tapdı: QADAĞALAR GÖTÜRÜLÜR

Rusiya silahlarını sanksiyaya düşmədən satmağın yolunu tapıb. 

Cebhe.info xəbər verir ki, hökumət Rusiya silahının satışının təşkililə bağlı qaydaları dəyişir. 

Bundan əvvəl Rusiyadan ixrac edilən silahın alınması üçün üçüncü ölkənin Hərbi-Texniki Əməkdaşlığa dair Federal Xidmətə müvafiq sənəd təqdim etməsi nəzərdə tutulurdu. Təqdim edilən sənəd birinci ixracatçının təqdim etdiyi sertifikatla eyni olmalı idi. Yəni, silahın son istifadəçisi gələcəkdə həmin silahın satışının həyata keçirilməyəcəyinə dair öhdəliyi sənədlə təsdiqləməli idi.

Bu sertifikat silahın məhz Rusiyadan alındığının təsdiqi olurdu. İndi isə həmin sertifikatın verilməsinə dair tələb aradan qaldırılır. 

Rusiya tərəfi hesab edir ki, bu mexanizmdən ABŞ  silah satışında artıq istifadə edir. Məhz bu vasitə ilə ABŞ silahları münaqişə bölgələrinə göndərilir. Rusiya ABŞ silahlarından Suriyada istifadənin bu yolla həyata keçirildiyini bildirir.  Prosesdə Xorvatiya, Bolqarıstan, Səudiyyə Ərəbistanı iştirak edir. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 364