hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Rusiya-Türkiyə: Səfərlərə qoyulan qadağa götürüldü

Rusiya-Türkiyə: Səfərlərə qoyulan qadağa götürüldü

Rusiyadan Türkiyəyə beynəlxalq uçuşlar bərpa edilib.

Cebhe.info xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Vnukovo hava limanına gələn sərnişinlər, yerli vaxtla saat 02:15-də yola düşəcək “Türk Hava Yolları” (THY) təyyarəsinə yetişmək üçün hazırlıqlarını tamamlayıblar.

Əksəriyyəti Rusiya vətəndaşları olan sərnişinlərin bəziləri istirahət üçün Türkiyədən Antaliyaya getməyi planladıqlarını bildiriblər.

Qeyd edək ki, ötən il Türkiyə, 7 milyon rusiyalı turistlə rusların istirahət üçün getdikləri ölkələr içində birinci yerdə qərarlaşmışdı.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1937