hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Rusiya-Ukrayna gərginliyi: ABŞ hərbi donanmasını Krıma göndərir?

Rusiya-Ukrayna gərginliyi: ABŞ hərbi donanmasını Krıma göndərir?

“ABŞ bölgədəki gərginləşmə fonunda Ukraynaya dəstək nümayiş etdirmək üçün yaxın həftələrdə Qara dənizə hərbi gəmilər göndərmək niyyətindədir”.

Cebhe.info-nun məlumatına görə, CNN telekanalı Pentaqondakı mənbələrə istinadən belə xəbər verir.

“ABŞ Hərbi Dəniz Donanması mütəmadi olaraq Qara dənizdə fəaliyyət göstərir. Lakin hərbi gəmilərin yerləşdirilməsi ABŞ-ın vəziyyəti yaxından izlədiyinə dair Moskvaya açıq mesaj olacaq”, - deyə Müdafiə Nazirliyindəki məmur bildirib.

“Montrö boğazları qazişi”ndə nəzərdə tutulan prosedura görə, ABŞ 14 gün əvvəl Qara dənizə girmək niyyəti barədə Türkiyəni məlumatlandırmalıdır. Bu müraciətin edilməsi barədə hələ məlumat verilmir.

Bununya yanaşı, Pentaqon sözçüsü qeyd edib ki, ABŞ Hərbi Dəniz Donanmasının təyyarələri Qara dəniz üzərindəki beynəlxalq hava məkanında Rusiyanın dənizdəki fəaliyyətini izləmək üçün kəşfiyyat uçuşlarını davam etdirir.

Eyni zamanda Rusiya qoşunlarının işğal altındakı Krımdakı fəaliyyəti izlənilir. Buna baxmayaraq, Vaşinqtonun Rusiya qoşunlarının Ukrayna ilə sərhədlərdə cəmləşməsini hücum əməliyyatlarına hazırlıq kimi qəbul etmədiyi qeyd olunur. Lakin “hər hansı bir dəyişiklik olarsa, cavab verməyə hazır olacağıq”, - deyə ABŞ Müdafiə Nazirlyindən bildirilib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 254