t Rusiya üçün BÖYÜK TƏHDİD: Ərazisində xəbərsiz quş da uça bilməyəcək
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Rusiya üçün BÖYÜK TƏHDİD: Ərazisində xəbərsiz quş da uça bilməyəcək

Rusiya üçün BÖYÜK TƏHDİD: Ərazisində xəbərsiz quş da uça bilməyəcək

NATO-nun “Global Hawk" pilotsuz aparatları Rusiya ərazisində baş verən hər şeyi izləyə biləcək. 

Cebhe.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, yeni aparatlar NATO üçün yeni imkanlar yaradır, çünki nə Rusiya, nə Çin belə avadanlığa sahib deyil: "ABŞ bu aparatlara sahib olan yeganə ölkədir".

Ümumilikdə NATO 5 belə aparat alıb. Hazırda 2 pilotsuz aparat İtaliyadakı bazada sınaq dövrünü keçir. Daha 3 aparat isə il ərzidə İtaliyaya aparılacaq. Gözlənilən odur ki, “Global Hawk” alyansın silah arsenalına 2020-ci ildə daxil ediləcək.

Stoltenberq bildirib ki, aparatlar doldurulmadan 30 saat fasiləsiz uça bilər. 18 km hündürlükdə yaxşı müşahidə aparmaq xüsusiyyətinə malikdir. Həmçinin, yerdə baş verənləri 200 km radiusda çəkə bilir. Aparatlar İtaliyada saxlanıldıqları bazadan Norveç sərhədinə bir neçə saatda çata bilir. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 16666