hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Rusiya vətəndaşlıq “paylayır”: Bu şəxslərin pasport alması asanlaşır

Rusiya vətəndaşlıq “paylayır”: Bu şəxslərin pasport alması asanlaşır

Mütəxəssislərin Rusiya vətəndaşlığına qəbulu asanlaşdırılır.

Cebhe.info xəbər verir ki, hökumət bununla bağlı qanun layihəsini parlamentə təqdim edib.

Sənəd ixtisaslaşmış mütəxəssislərin ölkə vətəndaşlığına daha rahat qəbuluna imkan yaradacaq.

Belə ki, bu şəxslərə ölkədə əmək fəaliyyəti ilə məşğul olduğu dövr üçün tələb olunan 3 illik müddət 1 ilə endiriləcək.

Hökumət hesab edir ki, bu sadələşdirmə ölkəyə əcnəbi mütəxəssislərin cəlbini asanlaşdıracaq. Beləliklə, Rusiya iqtisadiyyatının müxtəlif sahələri üzrə tələb olunan mütəxəssislərlə təminat asanlaşacaq.

Xəzər

Cebhe.info


Oxunma sayı: 5468