hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Rusiya XİN-dən Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri ilə bağlı AÇIQLAMA

Rusiya XİN-dən Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri ilə bağlı AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib ki, əldə olunan məlumata görə, Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq haqqında razılaşma əsasında 29 iyul-10 avqust tarixlərində Azərbaycan ərazisində birgə, planlaşdırılmış, əməliyyat taktiki hərbi təlimləri keçirilir.

“Biz, xüsusilə bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişəni nəzərə almaqla, ən diqqətli şəkildə regiondakı vəziyyəti izləyirik, tərəfləri o cümlədən hazırkı hərbi fəaliyyətlərində təkidli şəkildə təmkinli olmağa çağırırıq", - deyə o qeyd edib.

Cebhe.info


Oxunma sayı: 793