hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Rusiya XİN vətəndaşlarına xəbərdarlıq etdi

Rusiya XİN vətəndaşlarına xəbərdarlıq etdi

Rusiya Xarici İşlər Nazirliyi vətəndaşlarına İraqa səyahətlə bağlı xəbərdarlıq edib.

“İnterfaks” xəbər verir ki, xəbərdarlıqda vətəndaşlara İraqda hər an baş verə biləcək terror hadisəsi və ölkədə hökm sürən qeyri-sabit vəziyyətə görə getməmək tövsiyə edilib.

Nazirlikdən bildirilib ki, İraqda konsulluq yardımı göstərmək çətin olduğundan ölkəyə səfər edən ruslar həyatları üçün böyük risk yaradırlar.

Xatırladaq ki, 1 oktyabrdan İraqda kütləvi xalq etirazları keçirilir. Etirazlar zamanı 250 insan öldürülüb.

Nümayişlərə səbəb həyat şəraitinin yaxşılaşdırılması, işsizliyə və korrupsiyaya son qoyulması, hökumətin istefası tələbləridir.

Cebhe.info


Oxunma sayı: 463