hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rusiyada alma kəskin bahalaşıb

Rusiyada alma kəskin bahalaşıb

Hazırda Rusiyada almanın 1 kiloqramı orta hesabla 136 rubla (3,2 manat) satılır ki, bu da ötən yayla müqayisədə təxminən 30% çoxdur.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Federal Dövlət Statistika Xidmətindən (Rosstat) bildirilib.

Məlumata görə, bəzi alma növləri xüsusilə çox bahalaşıb. Məsələn, “Fuji” növlü almanın qiyməti 46%, “Qala” növlü almanın qiyməti 44%, “Golden Delishes” növlü almanın qiyməti isə 38% artıb. Bahalaşmaya səbəb kimi yerli alma bağlarında məhsuldarlığın aşağı olması və Rusiya rublunun dəyərdən düşməsi göstərilir.

Cebhe.info


Oxunma sayı: 2839