hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rusiyada avtomobil teatra gedən məktəbliləri əzdi - 1 ölü, 12 yaralı+Video

Rusiyada avtomobil teatra gedən məktəbliləri əzdi - 1 ölü, 12 yaralı+Video

Rusiyanın Nijni Novqorod şəhərində zəncirvari qəza baş verib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, xarici markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşı zolağa çıxıb və daha iki maşınla toqquşub. Nəticədə avtomobillərdən biri piyada yoluna aşıb. 10-u uşaq olmaqla 12 nəfər yaralanıb, uşaqlara rəhbərlik edən müəllim dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, yaralılar yaxınlıqdakı Gənc Tamaşaçılar Teatrına gedən 9-cu sinif şagirdləri olub.   

Səkidə uşaqları əzən avtomobilin sürücüsünün kimliyi də məlum olub. Bu, 2014-cü ildə vəzifəsindən kənarlaşdırılan polis işçisi, general-mayor Aleksandr Pilqanovdur.  

Faktla bağlı cinayət işi açılıb. 

Cebhe.info


Oxunma sayı: 1211