hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Rusiyada Azərbaycan diasporu: “Yeni təşkilata qiyməti xalq verəcək” - Mehriban Sadıqova

Rusiyada Azərbaycan diasporu: “Yeni təşkilata qiyməti xalq verəcək” - Mehriban Sadıqova

Qarabağ müharibəsinin iştirakçısı , 1994-cü ildə düşmən əlinə əsir düşməmək üçün özlərini partladan və çox böyük möcüzə sayəsində sağ qalmış 8 kəşfiyyatçıdan biri olan Aqil Məmmədovun müalicəsi Türkiyədə davam etdiriləcək. Sosial şəbəkələrdə yayılan məlumata görə, qazinin bütün xərclərini aprelin 27-də təsis olunmuş Rusiya Azərbaycanlıları İttifaqının sədri Füzuli Məmmədov öz üzərinə götürüb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Mehriban Sadıqova hesab edir ki, bu, təqdir olunası əməldir:

“Bu birinci hal deyil. Füzuli Məmmədovun bundan öncə də qazilərimizə və imkansız ailələrə əl tutub. Onun bu əməli xalq və ictimaiyyət tərəfindən çox yüksək qarşılanıb”.

M.Sadıqova son günlər Füzuli Məmmədova qarşı aparılan təbliğata da münasibət bildirib:

“İttifaq təşkil edildikdən sonra Füzuli Məmmədov və Fuad Abbasov qarşıdurmasını normal hal kimi qəbul etmirəm. İllərdir Rusiyadakı diasporamızın heç bir fəaliyyəti yox idi. Bu ittifaqın yaranması labüd idi. Füzuli Məmmədov kimi bir insanın bu təşkilatın başında durması arzuolunan proses kimi dəyərləndirilməlidir. “Misra” TV-nin təsisçisi və rəhbəri jurnalist Fuad Abbasov və Füzuli Məmmədov arasında qarşıdurma arzuolunan hal deyil. Fuad Abbasov bu yeni yaranmış təşkilat barədə əvvəlcə müsbət fikirdə olub. Daha sonra isə fərqli fikir irəli sürüb. Çıxış və müsahibələrindən görünür ki, Füzuli Məmmədov vətəninə və xalqına bağlı bir insandır. Bu təşkilat F.Məmmədovun yox, bütün azərbaycanlıların təşkilatıdır. Qüvvələri parçalamaq əvəzinə, birləşdirmək lazımdır. Xalqın rifahı ilə bağlı yaradılmış hər bir təşkilat müsbət qarşılanmalı və ona fəalliyyət göstərmək üçün şərait yaradılmalıdır. Yaranmış və yaranacaq bütün təşkilatların sonda təbii ki, qiymətini xalq verəcək. Bu təşkilat özündə milli mənafeyi əks etdirirsə, heç şübhəsiz ki, yaşayacaq.

Aydın
Cebhe.info


Oxunma sayı: 7514