Rusiyada bir gündə 566 nəfər koronavirusdan öldü

Rusiyada son bir gündə daha 22 850 nəfərə COVID-19 diaqnozu qoyulub.
Cebhe.info xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 471 053 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 566 nəfər artaraq 63 370-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 854 088 nəfər sağalıb.
Cebhe.info
Oxunma sayı: 584
Bizim Telegram səhifəmizi izləyin