hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Rusiyada dələduzluq edən Yusifov qardaşları qaçıb gizləndilər

Rusiyada dələduzluq edən Yusifov qardaşları qaçıb gizləndilər

Rusiyanın Novıy Urenqoy şəhərində yaşayan Qabil və Malik Yusifov qardaşları dələduzluqda ittiham olunurlar.

Cebhe.info Virtualaz.org-a istinadən xəbər verir ki, tanınmış iş adamlarından və regionda sayılıb-seçilən şəxslərdən milyonlarla rubl borc toplayaraq, qardaşlar bu günə kimi pulları geri qaytarmaqdan boyun qaçırırlar. Hazırda onların qaçıb gizləndikləri bildirilir.

Məlumatlı mənbənin redaksiyamıza verdiyi xəbərə görə, əlləri hər yerdən üzülmüş borcverənlər toplaşaraq, Azərbaycana gəlmək istəyirlər. Onlar Yusifovların valideynlərinin qapısını döyməyə hazırlaşırlar. Bəzi şəxslər, qardaşların məhz Azərbaycanda gizləndiklərini ehtimal edirlər.

Əvvəllər bildirdiyimiz kimi, iki qardaşa məxsus “Region-Avto” şirkətində Malik direktor, Qabil isə təsisçidir. Şirkətə avtomobillərə texniki xidmət stansiyası, yanacaqdoldurma məntəqəsi və bir sıra digər obyektlər daxildir.

Qardaşların “Yamalkomplekt” ASC-yə 2008-ci ildən bəri 6 milyon 802 min 464 rubl borcları var (yalnız bir hissəsini qaytarıblar), daha bir şirkətə - “Universalnı alyans” QSC-yə 2 milyon 423 min 646 rubl və başqa fiziki borcverənlərə 2 milyondan 5 milyon rubla qədər iri məbləğlər borcludurlar.

Maraqlıdır ki. borclarını qaytara bilməyən qardaşların şirkəti 2011-ci ildə məhkəmənin qərarı ilə məcburi müflis elan edilib, lakin bu gün də fəaliyyət göstərməkdədir.

Hazırda borclular hüquq-mühafizə orqanlarına müraciət edərək, borclarının qısa zamanda qaytarılmasını tələb edirlər və Yusifov qardaşlarını bir neçə məhkəmə araşdırması gözləyir.

Cebhe.info


Oxunma sayı: 793