t Rusiyada məhkəmə binasında atışma: Ölən və xəsarət alan var
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Rusiyada məhkəmə binasında atışma: Ölən və xəsarət alan var

Rusiyada məhkəmə binasında atışma: Ölən və xəsarət alan var

Rusiyada məhkəmə binasında atışma olub.

Virtualaz.org "RİA Novosti"-yə istinadən bildirir ki, hadisə Kemerovo vilayətində, Novokuznetskdə baş verib.

Məlumata görə, səhər vaxtlarında 45 yaşlı silahlı şəxs məhkəmə binasına girməyə cəhd edib. Məhkəmə icraatçısı onu saxlamaq istəyərkən qarnından güllələnib. Sonra silahlı şəxs daha da irəli gedərək, məhkəmədə şahid qismində iştirak edən 43 yaşlı qadına atəş açıb.

Qarnından yaralanan kişi təcili yardım maşınında ölüb. Yaralı qadın isə məhkəmənin əməkdaşı olub. 1976-cı il təvəllüdlü qadın ağır vəziyyətdə əməliyyata aparılıb.

Silahlı şəxs polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Cebhe.info


Oxunma sayı: 562