hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Rusiyada qatil məhkəmə zalının tavanından qaçmaq istədi - VİDEO

Rusiyada qatil məhkəmə zalının tavanından qaçmaq istədi - VİDEO

Moskvada bacısını bıçaqlayaraq qətlə yetirən və onun bədənində müxtəlif ritual simvollar çəkən Leonid Qreyser Şerbinsk məhkəmə zalında tavandan qaçmaq istəyib.

“Qafqazinfo” life.ru-ya istinadən xəbər verir ki, hadisə polis əməkdaşlarının gözü önündə baş verib. Qreyser dəmir qəfəsliyin yuxarısına dırmanaraq tavana çıxıb. Polis onu ayağından tutaraq qaçmasının qarşısını almağa çalışıb. Ancaq hüquq-mühafizə orqanı əməkdaşlarına müqavimət göstərən məhkuma elektroşok verilib.O, 2 aylıq həbsə göndərilib.

Məhkəmədən verilən məlumata görə, “akvarium” bütün normalara cavab verib və Qreyser oradan yalnız öz bədəninin müqaviməti hesabına çıxa bilib.

Cebhe.info


Oxunma sayı: 848