hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Rusiyada referendum: Seçici fəallığı AÇIQLANDI

Rusiyada referendum: Seçici fəallığı AÇIQLANDI

Rusiyada Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumda seçici fəallığı indiyə kimi 37,2 faiz təşkil edib.

Cebhe.info xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"37,2 faiz seçici səs verib, bu 40 milyon 415 min nəfər deməkdir", - deyə MSK-nin rəsmisi bildirib.

Məlumata görə, səsverməyə iyunun 25-dən başlanıb. İyulun 1-i isə səsvermənin əsas günüdür.

"Exit-poll"-un məlumatına görə, keçirilən sorğularda 76 faiz rusiyalı Konstitusiya dəyişikliyini dəstəklədiyini, 23,6 faiz isə bu dəyişikliyin əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, sorğuda 163 min 124 nəfər iştirak edib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 2234