hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Rusiyada terror aktı: Planın üstü açıldı

Rusiyada terror aktı: Planın üstü açıldı

Başqırdıstanda terror aktının qarşısı alınıb.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhqiqatlar Bürosu məlumat yayıb.

Bildirilib ki, 22 yanvarda şübhəli şəxs qismində saxlanılan şəxs güc strukturlarına hücum planlaşdırıldığını etiraf edib. Tapşırığı isə suriyalı silahlılardan aldığını bildirib. Saxlanılan şəxs 1995-ci il təvəllüdlüdür, Rusiya vətəndaşıdır. Onun şəsiyyəti gizli saxlanılır.

Axtarış zamanı şəxsin evindən döyüş sursatları və odlu silah tapılıb. Həmçinin əldəqayırma partlayıcılar da aşkar edilərək götürülüb.

Onun Rusiyada fəaliyyəti qadağan olunan "Həyat Təhrir əş-Şam" təşkilatının üzvləri ilə əlaqədə olduğu da üzə çıxıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1134