hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Rusiyadan Bakıya mesaj: “Bizimlə sərt tonda danışmayın”

Rusiyadan Bakıya mesaj: “Bizimlə sərt tonda danışmayın”

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ separatçılarının Moskvaya səfərləri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab verib.

Cebhe.info xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya XİN-nin bəyanatını şərh edib.

O bildirib ki, bəyanat həmişəki cümlələrlə təkrarlanıb:

“Separatçılarla heç bir rəsmi görüş keçirilməyib, özünü “Dağlıq Qarabağın Rusiyadakı daimi nümayəndəliyi” adlandıran qurum qeydiyyatdan keçməyib", yəni guya "təmsilçilik" özbaşına fəaliyyət göstərir. Bu cümlələrdə yeni heç nə yoxdur. Bəyanatın bir başqa cümləsi diqqətimi çəkdi: “Rusiya tərəfinə olan etirazların əsası yoxdur, ümumi ton isə Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsinə uyğun deyil”.

Bu cümlə Bakıya mesajdır ki, “bizimlə sərt tonda danışmayın”. Bəs necə danışaq? Separatçıların Moskvaya səfərlərinə və keçirdikləri görüşlərə göz yumalıyıq? Separatçıların Vaşinqtondakı görüşlərinə görə Amerikaya nota veririksə, separatçıların Moskvadakı görüşlərinə görə də Rusiyaya nota verməliyik. Aralarında heç bir fərq yoxdur. Əks halda biz Azərbaycan XİN-ni günahlandırarıq ki, Amerikaya sözünü deyir, separatçıların Rusiyaya səfərlərini isə görməzlikdən gəlir”.

Yeganə Oqtayqızı
Cebhe.info

 


Oxunma sayı: 9956